Kompleks haqqında
  Qax rayonunun İlisu kəndi Qax şəhərindən 12 km şimal-şərqdə, Baş Qafqaz sıra dağlarının ən gözəl yerlərindən birində yerləşir. Ətraf ərazinin flora və faunası öz ilkinliyini qoruyub saxlamışdır, mövcud füsunkar təbiət həmişə Azərbaycanın yerli əhalsinin və qonaqların diqqətini çəkir. Ilisu kəndi qədim yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 1400 m yüksəkdə yerləşir.

  İlisu ďUludağ Turizm və İstirahət KompleksiĒ Qax rayonunun İlisu kəndinin ərazisində dag döşündə 4 hektar ərazini əhatə edir və ilboyu xidmət göstərir. Kompleksə mərkəzi kompleks binası, iki mərtəbəli və bir mərtəbəli daş və taxtadan tikilmiş kotteclər daxildir. Mərkəzi kompleks binada müəssisənin ofisi, 150 yerlik kafe, diskoteka, internet mağaza və s. xidmət mətəqələri yerləşir. Binalarda turistlərin dincəlməsi üçün lüks və yarımlüks tipli otel şəraiti yaradılmışdır.

ətraflı oxu
   Fotoqalereya
AZE | –”—
Copyright © 2010 İlisu 'Uludağ' Turizm və İstirahət Kompleksi ! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır