Radon vannaları
  �Uludağ� Turizm və İstirahət Kompleksi 2005-ci ildə Qax rayonu, İlisu kəndində 4 hektarlıq geniş bir ərazidə inşa edilmişdir. İstirahət mərkəzi ilboyu Sizin xidmətinizdədir. Burada insanların istirahəti üçün hər şəraiti olan kottec tipli mənzillər və çoxlu sayda əyləncələr fəaliyyət göstərir. �Uludağ�ın ən önəmli və fərqli cəhəti burada müalicə əhəmiyyətli vannaların olmasıdır. İlisu kəndindən 6km məsafədə yerləşən Hamamçay dərəsindən �Uludağ� turizim və istirahət kompleksinə asma kəmərlərlə bir çox xəstəliklərin əlacı, möcüzəvi termal bulaqların suyu gətirilmiş və radon vannaları qurulmuşdur.

  İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir. Radon � Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir. Rəngi, dadı və iyi yoxdur. Radon təbiətdə ən nadir elementlərdən biridir. Bu qaz radioaktiv maddələrin parçalanması zamanı əmələ gəlir. Əsasən tibb sahəsində tətbiq olunur. Radonun müalicə təsiri göstərən əsas amil alfa şüalanmadır ki, bundan periferik sinir sisteminn, dayaq � hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur.
  Radonlu suların müalicəvi əhəmiyyəti haqqında ilk dəfə 1900-cü ildə alimlər P. Küri və A.Boşar Lissabonda konqresdə məlumat vermişlər.

  Radon vannaları əsasən müalicə vasitəsi kimi tətbiq olunur. Həkim təyinatından asılı olaraq həftədə 6 dəfəyə qədər tətbiq oluna bilər. Suda həll olunmuş radon sakitləşdirici, ağrıkəsici və iltihaba qarşı təsir göstərir, yüksək qan təzyiqini aşağı salır, sinir, endokrin və immun sisteminin fəaliyyətini normalaşdırır, damar və əzələ sisteminin spazmalarını aradan qaldırmağa kömək edir, regenerasiya proseslərini stimullaşdırır.

  Radon vannalarının qəbulu, ürək fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normalaşdırır. Radon vannalarının köməyi ilə sağalma, sinir və əzələ liflərində sorulma prosesləri sürətlənir. Radon vannaları maddələr mübadiləsinin pozulmasından, şəkərli diabetdən, podaqradan və piylənmədən əziyyət çəkənlərin müalicəsində əhəmiyyətlidir. Bu vannalar dəri xəstəliklərinin müalicəsi zamanı yaxşı təsir göstərir, sinir sisteminin fəaliyyətini stimullaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini normalaşdırır. Xəstələr radon vannalarını asan qəbul edir və həm də balneoloji müalicənin başqa enerji-aktiv faktorlarının təsirini yüngülləşdirir. Radon vannası qanın laxtalanma sistemlərinə müsbət təsir göstərir və mikrosirkulyasiya proseslərini yaxşılaşdırır.
   �����������
AZE | RUS
Copyright © 2010 İlisu 'Uludağ' Turizm və İstirahət Kompleksi ! ��� ����� ��������.
���� ����������  ��� ������� Lider
Veb saytların hazırlanması seo xidməti smm xidməti